şimali kipr prezidenti bakıda keçirilən türk-ay konfransının yekunlarını alqışlayıb

ankara, 18 iyul, arhd.media




şimali kipr prezidenti bakıda keçirilən türk-ay konfransının yekunlarını alqışlayıb


şimali kipr türk cümhuriyyətinin (şktc) prezidenti ersin tatar bakıda keçirilən türk dünyası konstitusiya yurisdiksiyaları konfransının (türk-ay) birinci konqresinin yekunlarını alqışlayıb. konqres çərçivəsində şimali kipr ali məhkəməsinin türk-ay-a müşahidəçi qismində qəbul edilməsi ilə bağlı müraciəti təsdiqlənib.

arhd.media xəbər verir ki, kipr türklərinin lideri şktc ali məhkəməsinin sədri bertan özerdağın azərbaycana dəvət edilməsini yüksək qiymətləndirib.

“b.özerdağın bakıda keçirilən türk-ay konfransındakı çıxışı bizi ürəkdən sevindirdi. şktc ali məhkəməsinin müşahidəçi qismində tanınması qərarı bakı bəyannaməsinin mətnində də öz əksini tapıb. bu qərarın qəbul edilməsində əməyi olan bütün tərəflərə səmimi minnətdarlığımı bildirirəm”, - deyən şktc lideri lefkoşanın beynəlxalq arenada nailiyyətlərinə ümid etdiyini bildirib.

Baxış sayı: 5 668

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə