
iqtisadiyyat naziri mikayıl cabbarov pakistan islam respublikasına səfəri çərçivəsində bu ölkənin baş nazirinin müavini, xarici işlər naziri məhəmməd ishaq darla görüşüb.
arhd.media xəbər verir ki, bu barədə nazir "x" hesabında paylaşım edib.
"görüş zamanı iqtisadi əməkdaşlığın inkişaf perspektivlərini vurğuladıq, ticarət, enerji, sənaye, tranzit, turizm və digər sahələrdə birgə fəaliyyətin genişləndirilməsi imkanlarını müzakirə etdik", - deyə nazir bildirib.


























