almaniya kansleri fridrix merts dekabrın 9-da berlində ermənistanın baş naziri nikol paşinyanla azərbaycanla ermənistan arasında sülh prosesini müzakirə edəcək.
arhd.media xəbər verir ki, bu barədə jurnalistlərə almaniya hökumətinin mətbuat katibinin müavini sebastyan hill məlumat verib.
"dekabrın 9-da, təxminən saat 16:00-da (bakı vaxtı ilə 19:00 - red.) almaniya kansleri ermənistanın baş naziri nikol paşinyanla görüşəcək. danışıqlarda ikitərəfli iqtisadi əməkdaşlıq, regional məsələlər və azərbaycanla ermənistan arasında sülh prosesi müzakirə olunacaq", - deyə hill bildirib.
onun sözlərinə görə, danışıqlardan sonra liderlərin birgə mətbuat konfransı planlaşdırılır.























