abş prezidenti donald tramp hörmüz boğazını açdığına görə irana minnətdarlığını bildirib.
“arhd.media” xəbər verir ki, tramp bu barədə “truth social” hesabında paylaşım edib.
“iran elə indicə boğazın tamamilə açıq olduğunu elan etdi. təşəkkürlər”, - deyə paylaşımda qeyd olunub.
xatırladaq ki, iranın xarici işlər naziri abbas əraqçi hörmüz boğazının bütün kommersiya gəmiləri üçün açıldığını bəyan edib.























