bu gün azərbaycan ərazisindən tranzit keçməklə 8 vaqon gübrə ermənistana göndəriləcək.
“arhd.media” xəbər verir ki, bu barədə “azərbaycan dəmir yolları” qsc-dən məlumat verilib.
vaqonların saat 12:00-da biləcəri stansiyasından yola salınması gözlənilir.
qeyd edək ki, aprelin 30-da azərbaycan ərazisindən keçməklə ermənistana rusiya taxılı və gübrəsi daşıyan 7 vaqondan ibarət yük qatarı göndərilib.
xatırladaq ki, tranzitlə yanaşı, azərbaycandan ermənistana neft məhsullarının ixracı da davam edir. indiyədək azərbaycandan ermənistana 8 500 tondan çox dizel, 979 ton ai-92 benzini və 2 955 ton ai-95 benzini ixrac olunub.























