prezident ilham əliyevin 24 aprel 2026-ci il tarixli sərəncamına əsasən, 1941–1945-ci illər ikinci dünya müharibəsi iştirakçılarına və sərəncamda nəzərdə tutulan digər şəxslərə birdəfəlik maddi yardımlar ödənilib.
“arhd.media” xəbər verir ki, sərəncama uyğun olaraq, əmək və əhalinin sosial müdafiəsi nazirliyi tərəfindən ikinci dünya müharibəsində alman faşizmi üzərində qələbənin 81-ci ildönümü ilə əlaqədar həmin müharibənin iştirakçılarının hər birinə 2750 manat birdəfəlik maddi yardım ödənilib.
ikinci dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadları, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslər, ikinci dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri, ikinci dünya müharibəsi dövründə leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslər, habelə leninqrad şəhərinin mühasirəsi iştirakçılarının hər birinə isə 1500 manat birdəfəlik maddi yardım ödənilib.
sərəncam 13 nəfəri ikinci dünya müharibəsi iştirakçısı olan ümumilikdə 2 minə yaxın şəxsi əhatə edib və birdəfəlik maddi yardımlar onların bank hesablarına köçürülüb.























