bakı, 27 mart, arhd.media
ötən dövrdə 900 minədək pensiya, müavinət və təqaüd proaktiv qaydada təyin edilib
əmək və əhalinin sosial müdafiəsi nazirliyi tərəfindən 2019-cu ilin əvvəlindən pensiya, müavinət və təqaüd təyinatları elektronlaşdırılıb.
nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən arhd.media-a verilən məlumata görə, bu il martın 1-dək həmin sosial təminat növləri üzrə 900 minədək (o cümlədən pensiya üzrə 147 min, müavinət və təqaüdlər üzrə 750 min) təyinat e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.
nəticədə, vətəndaşların hüquqları yarandığı halda müraciətlərinə və sənəd təqdim etmələrinə ehtiyac qalmadan, həmin sosial ödənişlər onlara proaktiv qaydada təyin edilib.























