norveçin “equinor” neft-qaz şirkətinin azərbaycanda 2024-cü ildə orta gündəlik hasilatı 23 min barel neft ekvivalenti təşkil edib ki, bu da 2023-cü ilin göstərəcisi (26 min barel) ilə müqayisədə 11,54 % azdır.

arhd.media-a şirkətin hesabatına istinadən verdiyi məlumata görə, göstəricilər “equinor”un azərbaycandakı neft-qaz aktivlərinin satışı üzrə sövdələşmə başa çatanadək hasilatı nəzərə alır.

ümumilikdə, 2024-cü ildə bütün əməliyyat ölkələrində “equinor”un orta gündəlik hasilatı illik müqayisədə 0,72 % azalaraq 2,067 milyon barel neft və qaz təşkil edib. şirkətin ümumi istehsalında azərbaycanın payı 1,11 % təşkil edib.

xatırladaq ki, 2024-cü il noyabrın 29-da “equinor” azərbaycan dövlət neft şirkəti (socar) və hindistanın “ongc videsh limited” (ongc) şirkəti ilə xəzərin azərbaycan sektorundakı “azəri-çıraq-günəşli” (açg) yataqlar blokunda 7,27 % qeyri-operator payını və bakı-tbilisi-ceyhan (btc) neft kəmərini idarə edən “btc co” şirkətindəki 8,71 %-lik payını satmaqla bağlı müqavilə imzalayıb. norveç şirkəti həmçinin socar-a “qarabağ” yatağı layihəsində 50 % pay satıb, saziş 2024-cü ilin aprelində tamamlanıb.

“equinor” azərbaycandakı aktivlərinin satışından ümumilikdə 713 milyon abş dolları əldə edib.

Baxış sayı: 3 695

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə