bakı, 5 aprel, arhd.media
daxili işlər nazirliyinin (din) əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
din-in mətbuat xidmətindən arhd.media-a bildirilib ki, aprelin 4-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 9 avtomat silahı, 1 tapança, 2 qumbara, 2 qumbaraatan, 2 tüfəng, 56 patron darağı və 1579 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.























